Bu sözləri AzərTac-a məxsusi müsahibəsində İslamiadada 10 metr məsafədən pnevmatik tapançadan atəşaçma üzrə qarışı komanda yarışlarının qalibi Nigar Nəsirova söyləyib.
O deyib: “Srağagün fərdi yarışlarda təsnifat raundunu keçməyə cəmi bir xalım çatmadı, amma ruhdan düşmədim. İnanırdım ki, yığmamın məşqçisinin və azarkeşlərin ümidlərini doğruldacağam. Dünən fərdi yarışlarda bürünc mükafat qazana bildim. Bu gün də bütün imkanlarımı səfərbərliyə alıb özümü qələbəyə köklədim. Tərəf-müqabilimin İslamiadanın çoxqat çempionu olması, onun çempionlara xas təmkini qızıl medal qazanmaq şansımızı artırırdı. Nəticədə hər şey əla oldu. Biz finalda Oman yığmasının İsmayıl Al-Abri və Vadha Al-Baluşidən ibarət qarışıq komandasını məğlubiyyətə uğrada bildik. Mənə inanan hər kəsə təşəkkür edirəm”.