Bunu Azvision.az-a Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Elçin Cəfərov deyib.
O, olimpiya çempionu ilə əlaqə saxlamaya çalışsa da, alınmadığını bildirib: “Toğrul burada yoxdur, onun yerinə qərar verə bilmərik. Özü gəlib, bununla bağlı açıqlama verməlidir. Kimsə onun yerinə danışa bilməz. Mən ona bir neçə dəfə zəng etdim, cavab vermədi. Toğrulla əlaqə saxlaya bilmirik. İstanbulda olduğunu deyirlər”.
Qeyd edək ki, bir neçə gün öncə sərbəst güləş üzrə millimizin üzvü, olimpiya çempionu Toğrul Əsgərovun Azərbaycan yığmasından imtina edərək Türkmənistan millisinin heyətində çıxış edəcəyi ilə bağlı məlumatlar yayılmışdı.