27 İyul 2017 22:35
535

Türkiyənin “Atlas” Hava Yolları Təbrizin “Traktorsazi” futbol klubunun rəsmi sponsorlarından biri olub.

Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, “Traktorsazi” oyunçularının geyəcəyi yeni formada qurumaqda olan Urmiya gölünə dəstək kampaniyasının loqosu da əks olunub.

Qeyd edək ki, “Atlas” Türkiyənin aşağı büdcəli aviaşirkətidir.


Müəllif: Teleqraf.com