3 Avqust 2017 00:17
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Gimnastika İttifaqının dəstəyi ilə Gyor şəhərində baş tutmuş 14-18 yaşlı idmançılar arasında gimnastika yarışlarının da keçirildiyi Avropa multi-idman tədbiri artıq öz işini yekunlaşdırıb.

Azərbaycan Gimnastika Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, kişi və qadın idman gimnastikası üzrə Azərbaycanın gənc gimnastları da öz güclərini sınamaq üçün bu festivalda yer alıblar.

Belə iri miqyaslı yarışda ilk təcrübələri olan gənc idmançılarımız Cavidan Babayev, Ağamurad Qəhramanov, Sergey Onbış və yeganə xanım təmsilçimiz Samirə Qəhramanova öz çıxışlarını böyük həyəcanla icra ediblər.

Təmsilçilərimizdən yalnız Sergey Onbış final mərhələsinə adlaya bilib. O, dayaqlı tullanmada hərəkətlərinə görə həlledici mərhələdə 6-cı pillədə qərar tutub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər