23 Avqust 2017 15:10
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" futbol komandası bu gün Danimarkada “Kopenhagen”lə cavab oyununa hazırlaşır. İlk görüşdə “1-0” hesabı ilə qələbə qazanan “Qarabağ”ın bu gün həmin komanda ilə həlledici görüşü gözlənilir.

Bu oyun sosial medianı çalxalayıb. Axşam saat 22:45-də baş tutacaq görüşdə “Qarabağ”ın qələbəsini proqnozlaşdıran azarkeşlər indidən vəd verməyə başlayıblar.

“Qarabağ” udarsa” kampaniyasına bütün sosial şəbəkə əhli qoşulub.

Teleqraf.com ən maraqlı vədləri təqdim edir:

Aktyor Ramin Hacıyev:

Vaxt var idi biz kənar ölkələrin klublarına azarkeşlik edirdik. Hətta azarkeşi olduğumuz komanda qalib gələndə küçələrə də səpələnirdik. İndi bizim öz klubumuz oynayır.

Əgər “Qarabağ” liqaya vəsiqə qazansa, bütün yaşayış kompleksinə “ura” qışqıracağam, sonra aşağı düşüb həyətdə təkbaşına yallı gedəcəyəm. Səhəri gün də bir imkansızı sevindirəcəyəm.

Əməkdar artist Bəhram Bağırzadə:

Əgər bu gün ”Qarabağ” “Kopenhagen”i udsa, mənim şəxsi məktub qutuma “Qarabağ, irəli!” yazan ilk 100 şəxs məndən mənim imzamla kitab hədiyyə qazanacaq. Həmin 100 nəfərə söz verirəm ki, kitabı şəxsən sizin üçün uyğun yerə gətirəcəyəm.

Aparıcı Rahil Sayadoğlu:

Mən “Pəncərə” verilişinin ilk efir günündə studiyada mahnı oxuyacağam. Olmayan səsimlə camaatı özümə güldürməyə hazıram, yetər ki, “Qarabağ” Çempionlar Liqasının qrupuna düşsün.

Aktyor Elcan Rəsulov:

"Qarabağ" qalib gəlsə, sabahı gün belə pırtlaşaq saçlarla canlı yayım edəcəyəm.

Aparıcı Rəhman Rəsulov:

“Qarabağ” qrupa düşsə, Çempionlar Liqasının səfər oyunlarının birinə dostuma “Hər şey daxil” bilet alacağam.

Aparıcı Murad Haşımov:

“Qarabağ” bu dəfə də “Kopenhagen”i üstələsə, qurban kəsəcəyəm. Ciddi!

Vədlərin davamı fotolarda:


Müəllif: Könül

Oxşar xəbərlər