25 Avqust 2017 19:26
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın paytaxtı Parisdəki dünya çempionatında bu gün sərbəst güləşçilərin mübarizəsi başlayıb.

Teleqraf.com Report-a istinadən xəbər verir ki, beşinci yarış günündə 57 kq, 61 kq, 86 kq və 125 kq çəki dərəcələrində görüşlər keçirilir.

Azərbaycan bu çəkilərdən 3-də təmsil olunur. 61 kq çəkidə mübarizə aparan ikiqat dünya çempionu, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalçısı Hacı Əliyev ardıcıl olaraq bütün rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib.

Finala qədər o, Qırğızıstan, Yaponiya, Slovakiya və Kuba güləşçilərini tam üstünlüklə məğlub edib. Həlledici görüşdə Əliyevin rəqibi rusiyalı Hacımurad Rəşidov olacaq.

86 kq çəkidə yer alan Aleksandr Qostiyev bürünc medal uğrunda mübarizə aparacaq. O, qırğızıstanlı və gürcüstanlı rəqiblərini mübarizədən kənarlaşdırdıqdan sonra iranlı rəqibinə uduzub. Lakin Qostiyev yenildiyi pəhləvanın finala yüksəlməsi səbəbindən təsəlliverici görüşlərə qatılıb. Bu mərhələdə Azərbaycan təmsilçisi moldovalı güləşçini də məğlub edib. Bürünc medal görüşündə onun rəqibi rusiyalı Vladislav Valiev olacaq.

57 kq çəkidəki Mahir Əmiraslanov isə elə ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıb.

57 kq

1/16 final. Nodirjon Safarov (Özbəkistan) - Mahir Əmiraslanov - 7:6

61 kq

FİNAL. Hacımurad Rəşidov (Rusiya) - Hacı Əliyev
1/2 final. Hacı Əliyev - Yovlis Bonne Rodrigez (Kuba) - 10:0
1/4 final. Hacı Əliyev - Mikola Bolotnjuk (Slovakiya) - 10:0
1/8 final. Rinya Nakamura (Yaponiya) - Hacı Əliyev - 1:10
1/16 final. Alibek Osmonov (Qırğızıstan) - Hacı Əliyev - 0:8

86 kq

Bürünc medal görüşü. Aleksandr Qostiyev - Vladislav Valiev (Rusiya)
Təsəlliverici görüş. Piotr Yanulov (Moldova) - Aleksandr Qostiyev - 2:5
1/4 final. Hassan Aliazam Yazdaniçarati (İran) - Aleksandr Qostiyev - 10:0
1/8 final. Aleksandr Qostiyev - Davit Xutsişvili (Gürcüstan) - 4:0
1/16 final. Baktyiar Karagul Uulu (Qırğızıstan) - Aleksandr Qostiyev - 0:10

Qeyd edək ki, bürünc medal və final qarşllaşmaları Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər