1 Sentyabr 2017 01:57
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

PSJ hücumçu Kilian Mbappenin "Monako"dan keçidini rəsmən elan edib.

Teleqraf.com xəbər verir ki, Paris klubu 18 yaşlı forvardı 30 iyun 2018-ci il tarixinə qədər icarəyə götürüb.
Müddət başa çatdıqdan sonra PSJ oyunçunu almalı olacaq. Müqavilə 30 iyun 2022-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, PSJ daha əvvəl Neymarı “Barselona”dan 222 milyon avroya alaraq dünyanın ən bahalı transferini edib.


Müəllif: Teleqraf.com