18 Noyabr 2017 22:14
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi olan “Çelsi” klubu növbəti oyununu keçirib.

Teleqraf.com xəbər verir ki, “Çelsi” səfərdə “Vest Bromviç”lə qarşılaşıb.

Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Hesabı 17-ci dəqiqədə Alvaro Morata açıb. Bundan altı dəqiqə sonra Eden Azar fərqi artırıb. Otuz səkkizinci dəqiqədə Markos Alonso üçüncü qolu vurub. 63-cü dəqiqədə isə E.Azar dubl edərək yekun nəticəni müəyyənləşdirib.

Bununla da xallarını 25-ə çatdıran “Çelsi” ikinci pilləyə yüksəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər