25 Dekabr 2017 19:47
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Keşlə” futbol klubunun Müşahidə Şurasının iclası keçirilib.

Teleqraf.com kluba istinadla verdiyi xəbərə görə, gündəlikdəki məsələlərin müzakirəsindən sonra “Keşlə”yə baş məşqçi vəzifəsinə Yuri Maksimovun, idman direktoru postuna isə Ramiz Məmmədovun təyin olunması barədə qərar qəbul olunub.

İclasda, həmçinin yeni futbolçuların “Keşlə”yə cəlb olunması və digər məsələlər barədə müzakirələr aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər