Braziliyanın “Qremio” klubunun hücumçusu Luan Vieyra 2017-ci ildə Cənubi Amerikanın ən yaxşı futbolçusu seçilib.
Teleqraf.com xəbər verir ki, o, sorğuda respondentlərin 49,46 faizinin səsini toplayıb.
İkinci yeri “Flamenqo”nun forvardı Xose Paolo Gerrero (17,66 %), üçüncü pilləni isə “Qremio”nun digər futbolçusu – yarımmüdafiəçi Artur (12,50 %) tutub.