Bu həyatda heç bir xəyal sehr ilə həqiqət ola bilməz. Bir xəyalpərəst olaraq, bunun cəsarət, qərarlılıq və əmək tələb etdiyini yaxşı bilirəm.
Teleqraf.com xəbər verir ki, bunu "Barselona"dan ayrılan türkiyəli futbolçu Arda Turan deyib.
O qeyd edib ki, "Barselona" komandasının formasını geyinmək ən böyük arzularından biri olub: "Bu arzumu həyata keçirə bildiyim üçün özümlə son nəfəsimə kimi qürur duyacam, amma indi vida zamanıdır. Ən azından bir müddətlik. Meydanda və meydandan kənarda hər anın dadını çıxarmağıma şərait yaradan komanda yoldaşlarım, sizlərlə eyni komandanın bir parçası olmaq böyük bir fərqlilik idi. "Kamp Nou"da adımı səsləndirən "Barselona" sevənləri, sizin üçün mübarizə aparmaq yolunda hər bir fürsət mənim üçün çox qiymətliydi. Sadəcə mənim üçün deyil, saysız Türk uşağının yuxusunu gerçəkləşdirən kulubum, istərəm ki, sizinlə bağlı ruhumda hələ də çox xoş bir gülümsəmə olduğunu biləsiniz. Bu gülümsəməni yenidən tapmaq üçün ölkəmə qayıtdığıma imkan yaratmanıza görə minnətdaram. Yenidən çox sevdiyiniz insan olmaq üçün nə lazımdırsa, edəcəm. Aramızda olan məsafənin heç bir önəmi yoxdur. Birlikdə yaşadığımız anlar sonsuza kimi qəlbimdə qalacaq, gücümə güc qatacaq, yolumu aydınlaşdıracaq".