"Beşiktaş"ın futbolçusu İbrahim Toramanın "Sivasspor"a keçidi rəsmiləşib.
33 yaşlı oyunçu 2014/2015 mövsümündə "Sivasspor"da icarə əsasında çıxış edəcək. O, sabahdan yeni komandası ilə ümumi məşqlərə başlayacaq.
Qeyd edək ki, İ.Toraman 2004-cü ildən "Beşiktaş"da oynayır./qol.az/