Məşhur "Eurosport" nəşri "Arsenal" klubunun erməni yarımmüdafiəçisi Henrix Mxitaryanı məsxərəyə qoyub.
Nəşr futbolçunun London karyerasını "dəhşətli başlanğıc" adlandırıb.
Nəşr erməni futbolçunun "Mançester Yunayted" və "Arsenal" klublarına gətirdiyi uğursuzluqlarını müqayisə edib:
"London karyerası üçün dəhşətli başlanğıc. "Arsenal" İngiltərə Premyer Liqasının 29-cu turunun matçında səfərdə "Brayton"a 1:2 hesabı ilə məğlub olub.
"Kanonirlər"in erməni yarımmüdafiəçisi Henrix Mxitaryan Premyer Liqada artıq 4 oyunda birgə məğlub olduğu komandanın start heyətində meydana çıxıb.
Henrix "Mançester Yunayted"də yarım mövsüm ərzində Joze Mourinyonun kollektivinin yalnız 5 məğlubiyyətində iştirak edib".
"Eurosport"un rus dilində nəşr olunan versiyası daha sonra aşağıdakıları xatırladır:
Mxitaryan "Arsenal"ın heyətində keçirdiyi ilk ev oyununda 3 qol ötürməsi rəsmiləşdirib.
"Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlində 6-cı yeri tutur və dördüncü pillədən 13 xal geri qalır.
"Kanonir"lər çempionluq şanslarından riyazi olaraq məhrum olublar.
/report/