18 Mart 2018 16:25
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Real Madrid”in futbolçusu Kriştiano Ronaldo həbs olunmaq təhlükəsiylə üz-üzə qalıb.

Teleqraf.com xəbər verir ki, portuqalıyalı dünya ulduzu vergidən yayındığı üçün, həbs oluna bilər. Bu ehtimalın artdığını görən Ronaldo vəkilinə “nə qədər pul istəsələr verin” deyərək, göstəriş verib.
Bundan sonra futbolçunun vəkili Xose Antonio hərəkətə keçib.

Qeyd edək ki, Kriştiano Ronaldo vergidən yayınma maddəsi ilə ittiham olunur. Onun 14 milyon 768 min 897 avro vergi ödəmədiyi və bunun qarşılığında təzminat olaraq, 25 milyon 693 min 315 avro ödəməsi tələb olunur.


Müəllif: Cabbar

Oxşar xəbərlər