Türkiyənin “NTV Spor” kanalı fəaliyyətini dayandırıb.
Teleqraf.com “Hürriyyət”ə istinadən xəbər verir ki, telekanal dünən “Yüzde Yüz Futbol” verilişi bitən kimi tamaşaçıları ilə vidalaşıb.
“NTV Spor”un yerində DMAX kanalı yayıma başlayıb. Əlavə edək ki, “NTV Spor” DMAX-ın məxsus olduğu “Discovery Networks” şirkətinə satılıb.
Qeyd edək ki, “NTV Spor” 2008-ci ilin martın 17-dən fəaliyyət göstərirdi.