Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının qalibi Braziliya olacaq.
Teleqraf.com xəbər verir ki, bunu İnsbruk Universitetinin riyaziyyatçı alimləri açıqlayıblar:
“Çempion olmaq üçün ən böyük şans Braziliya millisindədir - 16,6 faiz. Onların ardınca Almaniya (15.8 faiz), İspaniya və Fransa (hərəyə 12 faiz) gəlir. Finalda Braziliya Almaniya ilə qarşılaşacaq”.
Qeyd edək ki, DÇ-2018 iyunun 14-dən iyulun 15-nə kimi Rusiyada keçiriləcək.