8 İyul 2018 00:56
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadakı dünya çempionatında 1/4 final mərhələsinin son oyunu keçirilib.

Soçidəki "Fişt" stadionunda Rusiya və Xorvatiya yığmaları üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. 31-ci dəqiqədə rusiyalı Denis Çerışev uzaqdan zərbə ilə hesabı açıb. 39-cu dəqiqədə xorvatiyalı Andrey Kramariç bərabərlik qolunu vurub.

Uzatma dəqiqələrində də tərəflər hərəyə bir dəfə fərqləniblər. 101-ci dəqiqədə xorvatiyalı Domaqoy Vida komandasını önə çıxarıb. Lakin 115-ci dəqiqədə Rusiya yığmasının əslən braziliyalı müdafiəçisi Mario Fernandes oyunun taleyini penaltilərə daşıyıb.

Əsas vaxtın sonlarında əzələsini dartdığı halda oyuna davam edən xorvatiyalı qapıçı Daniel Subaşiç penaltilər seriyasında Fyodor Smolovun zərbəsini qaytarıb, Fernandesin zərbəsi isə qapıdan yan keçib. Rusiya yığmasının qapıçısı İqor Akinfeyev isə yalnız Mateo Kovaçiçin zərbəsini qaytara bilib.

Beləliklə, Xorvatiya yığması 1/8 finalda Danimarka ilə görüşdə olduğu kimi, bu dəfə də penaltilər seriyasında qələbə qazanaraq, 20 ildən sonra adını yarımfinala yazdırıb. Finala gedən yolda rəqib isə 28 ildən sonra yarımfinala çıxan İngiltərə olacaq.

Digər yarımfinal görüşü isə Fransa və Belçika arasında olacaq.

DÇ-2018

1/4 final

7 iyul

22:00. Rusiya - Xorvatiya - 2:2 (ƏLAVƏ VAXT - 1:1, penaltilərlə - 3:4)

Qollar: Denis Çerışev, 31. Mario Fernandes, 115 - Andrey Kramariç, 39. Domaqoy Vida, 101

Penalti seriyası:

Fyodor Smolov (Rusiya) - 0:0 (Daniel Subaşiç qaytardı)

Marselo Brozoviç (Xorvatiya) - 0:1

Alan Zaqoyev (Rusiya) - 1:1

Mateo Kovaçiç (Xorvatiya) - 1:1 (İqor Akinfeyev qaytardı)

Mario Fernandes (Rusiya) - 1:1 (zərbəsi qapının yanından keçdi)

Luka Modriç (Xorvatiya) - 2:1

Sergey İqnaşeviç (Rusiya) - 2:2

Domaqoy Vida (Xorvatiya) - 2:3

Daler Kuzyayev (Rusiya) - 3:3

İvan Rakitiç (Xorvatiya) - 3:4

Hakimlər: Sandro Riççi, Emerson de Karvalyo, Marselo van Qasse (hamısı Braziliya), Canni Sikazve (Zambiya).

Soçi. "Fişt” stadionu.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər