“Barselona”nın brazliyalı futbolçusu Douqlas Pereyra Dos Santos Türkiyənin “Sivasspor” klubuna keçir.
Teleqraf.com xəbər verir ki, 28 yaşlı oyunçu 1 illik icarə əsasında Türkiyədə çıxış edəcək.
Qeyd edək ki, Douqlas 2014-15 il sezonunda “San Paulo”dan “Barselona”ya 4 milyon avroya transfer olunub. Əsas heyətə düşə bilməyən müdafiəçi İspaniyanın “Sportinq Xixon” və Portuqaliyanın “Benifika” klublarında icarə əsasında çıxış edib.