"Barselona" klubunun müdafiəçisi Jerar Pike İspaniya millisində karyerasını başa vurub.
J.Pike bu barədə İspaniya millisinin yeni baş məşqçisi Luis Enrikeni məlumatlandırıb: "Mən İspaniya yığmasının yeni məşqçisi Luis Enrike ilə bir müddət əvvəl danışmışam. Mən ona yığmada karyeramı bitirmək qərarına gəldiyimi bildirdim. Bu, mənim karyeramın ən gözəl mərhələlərindən biri idi. Mən Dünya Çempionatının və Avropa Çempionatının qalibi olmuşam. Lakin indi mən fikirimi "Barselona"da çıxışımda cəmləmək istəyirəm".
Qeyd edək ki, Jepap Pike "Barselona" klubu ilə 7 dəfə İspaniya çempionu, 6 dəfə İspaniya kubokunun qalibi, 7 dəfə İspaniya superkubokunun qalibi, 3 dəfə Çempionlar Liqasını qalibi və 2 dəfə UEFA Superkubokunun qalibi olub. İspaniya yığması ilə J.Pike 2010-cu ildə Dünya Çempionatının, 2012-ci ildə isə Avropa Çempionatının qalibi olub.