25 Avqust 2018 15:26
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində avqustun 30-da Ağdamın “Qarabağ” və Moldovanın “Şerif” komandaları arasında keçiriləcək cavab görüşü üçün bütün təyinatlar açıqlanıb.

Teleqraf.com xəbər verir ki, qarşılaşmanın idarə olunması makedoniyalı hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Aleksander Stavrev olacaq. Ona Maryan Kirovski, Deyan Kostadinov və Dimitar Meçkarovski kömək edəcəklər. Belçikalı Yohan Verbist hakim-inspektor, latviyalı Yevgeni Milevski UEFA nümayəndəsi kimi çalışacaq.

Avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Xatırladaq ki, Moldovada keçirilən ilk görüşdə “Şerif” komandası minimal hesabla qalib gəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər