Cüdo üzrə Almaniyanın milli komandasının sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.
Teleqraf.com xəbər verir ki, kişilərdən ibarət heyətdə keçən il Budapeştdə qızıl medal qazanmış Aleksandr Vecherzak da (81 kq) yer alıb. Dünya çempionatının gümüş mükafatçısı olan Almaniya millisinin heyətinə, həmçinin Karl-Riçard Frey (100 kq), Morits Plafki (60 kq), Sebastian Seidl (66 kq), İqor Vandke, Anthoni Ziqq (hər ikisi 73 kq), Dominique Ressel (81 kq) və Eduard Trippel (90 kq) daxil ediliblər.
Bu ölkənin qadınlardan ibarət komandasının heyətində isə Teresa və Amelie Stoll bacıları (hər ikisi 57 kq), Nadia Bazinski, Martina Tridos (hər ikisi - 63 kq), Sandra Didrich, Giovanna Scoecchimaro (hər ikisi - 70 kq), Lucy Malzah, Anna Maria Wagner (hər ikisi - 78 kq) və Caroline Weiss (+78 kq) yer alıblar.