27 Avqust 2018 12:45
2 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir? Pul deməyə utandım! Deyə bilmədim ki, mənim kimi professional oyunçunun sponsoru yoxdur və hətta bütün yarışlara öz hesabıma gəlirəm. Buradakı bütün insanların sponsoru var. Sabah yenə də oyunum var və gərək yenə hazırlaşım. Çox heyf, amma şahmat belə məni bezdirir. Yorulmuşam!

Teleqraf.com-un məlumatına görə, bu sözləri hazırda ABŞ-ın Sent-Luis şəhərində keçirilən Sinkfild kuboku turnirində mübarizə aparan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov özünün sosial şəbəkədəki statusunda qeyd edib.

Bu gün Maqnus Karlsenlə 5 saatdan çox oyun oynadığını deyən Şəhriyar Məmmədyarov öz hesabına yarışlara getməsindən şikayətlənib: “Yorğunluqdan indicə yuxudan durdum. Açığı Karlsenlə çətin mübarizə oldu, debütdən böyük üstünlüyüm var idi., sonra bir az pis vəziyyət aldım və rəqib 5 saat udmağa çalışdı. Burada belə qərara gəldim ki, bir daha 40-45 günlük turnirlərə son qoyacam. Gərək az oynayıb, özümdə güc saxlayım. Bu qədər arxa-arxaya oynamaq, əlbəttə ki, biabırçılıqdır. Sabah yenə də oynamaq lazımdır. Arada fikirləşirəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmır? Azərbaycana sevgim sonsuzdur, amma heyf mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacam, onda isə bu söhbətlər sadəcə mənasız olacaq”.


Müəllif: Kəmalə

Oxşar xəbərlər