9 Sentyabr 2018 01:57
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 8-də UEFA Millətlər Liqasının birinci turuna yeddi oyunla yekun vurulub.

Günün ilk oyunu “B” liqasının 3-cü qrupunda yer alan Şimali İrlandiya ilə Bosniya və Herseqovina yığmaları arasında keçirilib. Bosniya və Herseqovina Şimali İrlandiyaya 2:1 hesabı ilə qalib gəlib.

Günün ən çox maraqla gözlənilən oyunu Londondakı “Uembli” stadionunda keçirilib. “A” liqasının 4-cü qrupunda yer alan İngiltərə millisi İspaniya yığmasını qəbul edib. İngiltərə yığması oyundan məğlub ayrılıb - 1:2.

Bu liqanın 2-ci qrupunda yer alan İslandiya yığması isə İsveçrə millisinin qonağı olub. İsveç yığması rəqibin qapısından 6 cavabsız top keçirib.

“C” liqasının ikinci qrupunda Finlandiya millisi Macarıstan yığmasına 1:0 hesabı ilə qalib gəlib, Estoniya seçməsi isə Yunanıstan komandasına eyni hesabla uduzub.

“D” liqasının 2-ci qrupunun ilk turuna Belarus və San-Marino millilərinin oyunu ilə start verilib. Oyunun qalibi Belarus yığması olub - 5:0. Qrupun ikinci matçında Lüksemburq millisi doğma meydanda Moldova yığmasının qapısından 4 cavabsız top keçirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər