Fransanın “Monako” klubunun sahibi Dmitriy Rıbolovlev həbs olunub.
Teleqraf.com xəəbər verir ki, rusiyalı milyarder qanun pozuntusunda şübhəli bilinir.
Bu gün saxlanılan klub rəhbəri yerli prokurorluğun tələbi ilə Çempionlar Liqasının qrup mərhələsində “Brügge” ilə oyunöncəsi təcridxanaya yerləşdirilib. Onun ofisində axtarış aparılıb.
Qeyd edək ki, korrupsiyada ittiham olunan Rıbolovlev haqda hələ ötən ildən istintaq aparılırdı.