9 Noyabr 2018 07:35
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Di Si Yunayted” klubunun futbolçusu Ueyn Runi yenidən İngiltərə millisinə çağırılıb.

Yığmanın baş məşqçisi Qaret Sautqeyt ABŞ və Xorvatiya ilə keçiriləcək oyunlar üçün 33 yaşlı hücumçuya da dəvət göndərib.

Bununla da Runi iki ildən sonra millidə meydana çıxmaq imkanı qazanacaq.

İngiltərə millisində 119 oyuna 53 qol vuran Runi yığmanın tarixində ən yaxşı bombardirdi. O, sonuncu dəfə 2016-cı il noyabrın 11-də Şotlandiya ilə DÇ-2018-in seçmə oyununda (3:0) millinin heyətində meydana çıxıb.

Qeyd edək ki, İngiltərə millisi ABŞ-la noybarın 15-də yoxlama oyununda qüvvəsini sınayacaq, noyabrın 18-də isə Millətlər Liqasının 4-cü turunda Xorvatiyanı qəbul edəcək.

/Qol.az/


Müəllif: Teleqraf.com