“Neftçi” futbol komandası heyətinə növbəti əcnəbi oyunçunu qəbul edib.
Teleqraf.com xəbər verir ki, Qvineyada doğulan istedadlı futbolçu Mamadu Kane ilə 3 illik müqavilə bağlanılıb.
O, 36 nömrəli formada oyunlara qatılacaq.
Qeyd edək ki, oktyabrın 15-dən sözügedən klubda sınaqdan keçirilən 21 yaşlı afrikalı mərkəz yarımmüdafiəçisidir.
Xatırladaq ki, bundan əvvəl ölkəsinin "Kaloum Star” klubunda oynamış futbolçu Qvineyanın 20 yaşadək milli komandasının şərəfini qoruyub.
Məlumat üçün bildirək ki, Kane Dünya çempionatında da iştirak edib.