UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu turun oyunları keçirilib.
Teleqraf.com xəbər verir ki, Madriddə baş tutan görüşdə sensasiya qeydə alınıb.
Moskvanın MOİK klubunu qəbul edən “Real” böyük hesabla uduzub - 0:3.
Qonarların heyətində Fyodor Çalov (37), Georgi Şennikov (43) və Arnor Siqurdsson (73) fərqlənib.
Lakin bu nəticə Moskva klubuna Avropa Liqasında mübarizəni davam etdirmək üçün yetərli olmayıb.