Futbol üzrə Asiya Kubokunun qalibi məlum olub.
Teleqraf.com xəbər verir ki, kubokun finalında Qətər və Yaponiya milliləri qarşılaşıb.
Qətər komandası rəqibini 3:1 hesabı ilə məğlub edərək Asiya Kubokunu qazanıb.
Qətər millisində Almoez Ali (12), Abdulaziz Hatem (27) və Akram Afif (83, pen.) fərqlənib. Yaponiya millisinin qolunu isə Takumi Minamino (69) vurub.