17 Fevral 2019 17:46
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya çempionatının 22-ci turunun “Herta” ilə oyununda (1:1) vurduğu qol “Verder”in hücumçusu Klaudio Pisarro üçün əlamətdar olub.

Teleqraf.com xəbər verir ki, matçın 90+6-cı dəqiqəsində fərqlənən perulu forvard Bundesliqada qol vuran ən yaşlı futbolçu kimi tarixə düşüb. 40 yaşlı oyunçu bununla “Verder”in sabiq üzvü Miroslav Votavanın rekurdunu yeniləyib.

Qeyd edək ki, ardıcıl 21 ildir ki, Bundesliqada qol vuran Pisarro çempionat tarixində ən yaxşı əcnəbi bombardirdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər