İtaliyanın “Empoli” klubu baş məşqçisi Cüzeppe Yakini ilə yolları ayırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
Klub rəhbərliyi komandanın A Seriyasındakı uğursuz çıxışlarına görə bu addımı atıb.
“Empoli” 27 turdan sonra 22 xalla 17-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Yakini ötən ilin noyabrından “Empoli”ni çalışdırırdı.