17 Mart 2019 16:15
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fabio Kannavaro Çin millisinin baş məşqçisi təyin olunub

Teleqraf.com xəbər verir ki, 45 yaşlı italiyalı mütəxəssis Marçello Lippinin istefasından sonra bu vəzifəni icra edəcək.

Fabio Kannavaro Çin millisi ilə bərabər, “Quançjou Everqrand" klubundakı fəaliyyətini də davam etdirəcək.

Xatırladaq ki, futbolçu karyerasında “Napoli”, “Parma”, “İnter”, “Yuventus” və “Real Madrid” kimi komandaların heyətində çıxış edən Fabio Kannavaro 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionu olub.


Müəllif: Teleqraf.com