“Portu” qapıçısı İker Kasilyasla müqaviləni uzatmağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, ispaniyalı qolkiperlə yeni sözləşmənin müddəti 2020-ci ilin iyununa qədər nəzərdə tutulub.
Qeyd edək ki, 2015-ci ildən Portuqaliya klubunda çıxış edən 37 yaşlı qapıçının mövcud müqaviləsi bu ilin yayında başa çatır.