19 May 2019 12:37
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa çempionatının 37-ci turunun "Dijon"la oyununda (4:0) dubl edən Kilian Mbappe qollarının sayını 32-yə çatdıraraq, bombardirlər yarışında liderliyini bir qədər də möhkəmlədib.

Teleqraf.com xəbər verir ki, 20 yaşlı forvard mövsümün sonuna bir tur qalmış ən yaxın izləyicisi Nikolya Pepeni 11 top qabaqlayır. Mbappe bu göstərici ilə son 53 ildə bir mövsümdə 32 və daha çox qol vuran ilk fransız futbolçudur.

Qeyd edək ki, sonuncu dəfə "Nant"ın hücumçusu Filippu Qonde 1965-1966 mövsümündə 36 dəfə fərqlənmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər