UEFA Millətlər Liqasında 3-cü yerin sahibi müəyyənləşib.
Teleqraf.com-un məlumatına görə, bu, İngiltərə yığmasıdır. Qaret Sautgeytin baş məşqçi olduğu kollektiv İsveçrəni penaltilər seriyasında məğlub etməyi bacarıb.
Görüşün əsas və əlavə vaxtında qol vurulmayıb. 84-cü dəqiqədə İngiltərə millisinin hücumu zamanı qol vurulsa da, VAR-a müraciətdən sonra epizod zamanı qayda pozuntusuna yol verildiyi təsbit olunub.
Penaltilər seriyasında isə İsveçrə yığmasının futbolçusu Yosip Drmiç 6-cı zərbəni yerinə yetirilərkən, rəqib qapıçı Cordan Pikford topu qaytarıb. İngiltərə isə bunadək 6 zərbənin hamısında dəqiq olduğu üçün qalib gəlib - 6:5.
Qeyd edək ki, Millətlər Liqasının qalibi saat 22:45-də Portuqaliya və Hollandiya arasında keçiriləcək final matçının yekununda müəyyənləşəcək.
UEFA Millətlər Liqası
9 iyun
3-cü yer uğrunda görüş
17:00. İsveçrə - İngiltərə - 0:0 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 5:6)
Harri Maquayr - 0:1
Stiven Tsuber - 1:1
Ross Barkli - 1:2
Qranit Caka - 2:2
Ceydon Sanço - 2:3
Manuel Akanji - 3:3
Rəhim Sterlinq - 3:4
Kevin Mbabu - 4:4
Cordan Pikford - 4:5
Fabian Şör - 5:5
Erik Dayer - 5:6
Yosip Drmiç - 5:6 (qapıçı)
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
Gimaraynş (Portuqaliya), "Estádio D. Afonso Henriques"