"Real"ın qapıçısı Luka Zidan mövsümlərarası fasilədə komandadan ayrıla bilər.
Teleqraf.com xəbər verir ki, "kral klubu" 21 yaşlı qolkiperi icarəyə vermək istəyir. Fransalı oyunçu ilə bir neçə ispan klubunun yaxından maraqlandığı bildirilir.
İddiaya görə, Zinəddin Zidan bir müddət əvvəl oğlunu komandada saxlamaq istəsə də, indi onun icarəyə verilməsinə qarşı deyil. O, gənc qapıçının praktika qazanmasını istəyir.
Qeyd edək ki, L. Zidan "Real"ın yetirməsidir. O, indiyə kimi Madrid klubunun əsas komandasında cəmi 1 oyun keçirib və 2 qol buraxıb