Fransa millisinin baş məşqçisi Didye Deşam futbolçusu Ferland Mendinin "Real"a keçməyə yaxın olduğunu təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, o, "Lion"un müdafiəçisinin Madrid təmsilçisinə keçmək üzrə olduğunu bildirib: "Mendi iki il əvvəl ikinci liqada oynayırdı. İndi isə "Real"a transfer olunmağın bir addımlığındadır".
Qeyd edək ki, hazırda millinin düşərgəsində olan Mendinin Avro-2020-nin seçmə mərhələsində Andorra matçdan sonra İspaniya klubu ilə müqavilə imzalayacağı gözlənilir.