“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.
Teleqraf.com xəbər verir ki, bu gün Türkiyənin Topuk yaylası bölgəsində yerləşən “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinə gələn “ağ-qaralar” burada ilk məşqinə çıxıb.
Xatırladaq ki, iyulun 1-dək qardaş ölkədə baş tutacaq hazırlıq prosesində 3 yoxlama görüşünün keçirilməsi planlaşdırılır. Oyunlar iyunun 20-si, 25-i və 30-da keçiriləcək. Ayın 30-dakı rəqib Ukraynanın “Vorskla” (Poltava) klubu olacaq. Digər rəqiblər haqda daha sonra məlumat veriləcək.