26 İyun 2019 20:14
1 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev "Minsk 2019" II Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.

Teleqraf.com xəbər verir ki, rəqib Ukrayna təmsilçisi Hor Ohanesyan olub.

Görüşün ilk yarısı Ohanesyanın üstünlüyü ilə tamamlanıb.

İkinci hissədə isə Əliyev 4 xal alaraq, önə çıxıb. Rəqib etirazla 1 xalalaraq, görüşü 4:4 hesablı heç-heçə ilə tamamlasa da, Azərbaycan təmsilçisi fəal güləşməsi səbəbindən qalib olub.

Finalda Əliyevin rəqibi Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili olacaq. Görüş iyunun 27-də keçiriləcək.

14:46

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev 1/4 final görüşündə belaruslu Georgi Koliyevlə üz-üzə gəlib.

O, Koliyevi də 7:5 hesabı ilə üstələyərək, yarımfinala çıxıb.

Finala gedən yolda 28 yaşlı idmançı daha bir erməni - Ukrayna təmsilçisi Hor Ohanesyanla qarşılaşacaq.

97 kq çəkidəki Nurməhəmməd Hacıyev isə 1/8 finalda polşalı Radoslav Baranı məğlubiyyətə uğradıb - 6:0. Onun 1/4 finaldakı rəqibi gürcüstanlı Elizbar Odikadze olub. N.Hacıyev 7:3 hesablı qələbə sayəsində yarımfinala yüksəlib və o da Ukrayna təmsilçisi - Murazi Mçedlidze ilə görüşəcək.

***

13:45

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev "Minsk 2019" II Avropa Oyunlarına qələbə ilə başlayıb.

Teleqraf.com xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan titullu idmançı 1/8 final görüşündə Ermənistan təmsilçisi Valodya Franqulyana heç bir şans verməyib - 6:0.

Daha bir sərbəst güləşçi Hacımurad Hacıyev isə təsəlliverici qarşılaşmada Kirillos Binenmpauma 10:3 hesabı ilə qalib gələrək, bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. O, axşam seansında ukraynalı Vasili Mixaylovu yensə, fəxri kürsüyə yüksələcək.

86 kq çəkidə yer alan Aleksandr Qostiyevin isə bürünc medal görüşündə rəqibi müəyyənləşib. Qostiyev təsəlliverici görüşdə qələbə qazanan san-marinolu Nazem Mines Amine ilə qarşılaşacaq.

125 kq çəkidəki Cəmaləddin Məhəmmədov bürünc medal qarşılaşmasında təsəlliverici görüşünü qalib kimi başa vuran rumıniyalı Rares Kintoanla üz-üzə gələcək.

Hacı Əliyev 1/4 final görüşündə belaruslu Georgi Koliyevlə üz-üzə gələcək.

97 kq çəkidəki Nurməhəmməd Hacıyev isə 1/8 finalda polşalı Radoslav Baranı məğlubiyyətə uğradıb - 8:0.

Onun 1/4 finaldakı rəqibi isə gürcüstanlı Elizbar Odikadze olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər