7 İyul 2019 21:29
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-2020-ci illər mövsümünə hazırlıqları Türkiyədə davam etdirən “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirib.

Teleqraf.com xəbər verir ki, ölkəmizi Avropa Liqasında təmsil edəcək "qırmızı-qaralar" Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışının 4-cü günündə Ukraynanın “Mariupol” klubu ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Qəbələ" Boluda növbəti yoxlama oyununu digər Ukrayna təmsilçisi "Vorskla"ya qarşı keçirəcək. Həmin görüş iyulun 11-də keçiriləcək.


7 iyul

Yoxlama oyunu

18:30. “Qəbələ” – “Mariupol” (Ukrayna) - 2:1

Qollar: Ü. İsgəndərli, 2 (1:0), R. Babayev, 17 (2:0), Fomin, 34 (2:1)

Hendek Atatürk stadionu


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər