15 İyul 2019 09:00
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə keçirilən “Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turnirinin ikinci turu başa çatıb.

Teleqraf.com-un məlumatına görə, turnirdə ölkəmizi təmsil edən Teymur Rəcəbov ikinci turda almaniyalı şahmatçı Liviu Dieter Nisipeanunu məğlub edib. Şahmatçımız 1,5 xalla liderlər qrupuna daxil olub.

Qeyd edək ki, təmsilçimiz ilk turda polşalı Radoslav Voytaşeklə heç-heçə etmişdi.

Beynəlxalq turnirə iyulun 21-də yekun vurulacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər