Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı davam edir.
İtaliyalı mütəxəssis Covanni Kapraranın rəhbərlik etdiyi komanda 2020-ci ildə təşkil olunacaq Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlıq çərçivəsində Rusiyada 2 yoxlama matçı keçirib.
Hər 2 qarşılaşmada rəqib 3:0 hesabı ilə qələbə qazanıb. Nəticədə voleybolçularımız Bolqarıstanın ardınca Rusiya toplanışını da baş vurub.
Plana uyğun olaraq, komandamız bu gün Türkiyəyə yollanıb. Millimiz qonşu ölkədə yerli yığma ilə 1 yoxlama matçında qüvvəsini sınayacaq.
Voleybolçularımız iyulun 24-də Türkiyədən yarışın baş tutacağı Braziliyaya gedəcək.
Qeyd edək ki, komandamız daha öncə bolqarlarla 2 oyun keçirib və 1 qələbə qazanıb./apa/