"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.
Teleqraf.com klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi "Barselona" ilə müqaviləsi başa çatan Duqlas Pereyranı transfer edib. Braziliyalı sağ cinah müdafiəçisi ilə 3 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, 28 yaşlı futbolçu ötən mövsümü icarə əsasında Türkiyənin digər klubu "Sivasspor"da keçirib.