2015-ci ilin yanvar ayında “Qızıl top”un sahibi bəlli olacaq.
ANS PRESS-in məlumatına görə, son günlər futbol ictimaiyyəti arasında Messi və Ronaldonun hegemonluğuna son qoyulub-qoyulmayacağı müzakirə olunur. Mütəxəssislər hesab edirlər ki, bu mövsüm “Qızıl top” uğrunda mübarizə daha gərgin olacaq.
Artıq bukmeker kontorları “Qızıl top”un kimin alacağı ilə bağlı versiyalar açıqlayıb. Ciddi namizədlərin olmasına baxmayaraq, bukmekerlər yenə də Messi və Ronaldonu favorit görür.
Bukmekerlərin açıqladığı əmsalları təqdim edirik:
Lionel Messi (“Barselona”, Argentina) - 3.25
Ronaldo (“Real”, Portuqaliya) - 3.75
Tomas Müller (“Bavariya”, Almaniya) - 11
Aryen Robben (“Bavariya”, Hollandiya) - 13
Neymar (“Barselona”, Braziliya) - 17
Manuel Noyer (“Bavariya”, Almaniya) - 18
Filipp Lam (“Bavariya” Almaniya) - 21
Şvanştayger (“Bavariya”, Almaniya) - 34
Qaret Beyl (“Real”, Uels) - 31
Xames Rodriges (“Real”, Kolumbiya) - 34