12 Avqust 2019 18:17
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsi çərçivəsində hərbi gəmilərin heyətləri arasında mini-futbol yarışı keçirilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

İlk görüşdə İran komandası ilə qarşılaşan Rusiya hərbi dənizçiləri qalib gəlib. Azərbaycan və Qazaxıstan komandalarının oyunu isə dənizçilərimizin qələbəsi ilə başa çatıb.

Final oyunlarında Azərbaycan komandası Rusiya dənizçilərinə, İran hərbçiləri isə Qazaxıstan komandasına qalib gəlib.

Beləliklə futbol üzrə dostluq turnirinin yekununa görə Azərbaycan birinci, Rusiya ikinci, İran komandası isə üçüncü yerə layiq görülüb.

Qalib komandalara kuboklar, medallar, fəxri fərmanlar və hədiyyələr təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib.


Müəllif: Teleqraf.com