15 Avqust 2019 23:00
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi" Avropa Liqasının üçüncü təsnifat mərhələsində bu gün cavab oyununa çıxıb.

Teleqraf.com-un məlumatına görə, Roberto Bordinin komandası səfərdə İsrailin "Bney Yehuda" klubu ilə qarşılaşır. Petak Tikvadakı "Ha Moshava" stadionunda keçirilən matç Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Bu komandalar arasında ölkəmizdəki görüşdə bərabərlik qeydə alınıb - 2:2. "Neftçi" səfərdə sərfəli nəticə ilə növbəti mərhələyə yüksəlməyə çalışacaq.

Qeyd edək ki, "Neftçi” "Bney Yehuda” səddini keçəcəyi halda, pley-off-da "Malmö” (İsveç) – "Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında ilk oyunda İsveç təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

16 avqust

Avropa Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunu

21:00. "Bney Yehuda" (İsrail) - "Neftçi" - 2:1

Qol: Don Jan, 14. Tamqi Saqas, 66. Emin Mahmudov, 90+5

Hakimlər: Daniele Doveri, Alessandro Kostantso, Alessio Tolfo, Fabritsio Paskua
İlk oyun - 2:2


Müəllif: Teleqraf.com