İstanbulun “Fənərbağça” komandası isveçrəli hücumçusu Mixael Freyi icarəyə verib.
Teleqraf.com klubun rəsmi saytına istinadla xəbər verir ki, iyirmi beş yaşlı oyunçu Almaniyanın “Nürnberq” komandası ilə müqavilə imzalayıb. İkinci Bundesliqa təmsilçisi isveçrəli futbolçunu satın alma şərti ilə bir illik icarəyə götürüb.
M.Frey ötən mövsüm “Sürix” komandasından İstanbul təmsilçisinə keçib. Hücumçu İstanbul klubunda 25 oyunda 5 qol vurub.