7 Sentyabr 22:07

Sentyabrın 7-də Türkiyənin Antalya şəhərində batut gimnastikası üzrə beynəlxalq turnir yekunlaşıb.

Teleqraf.com Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yetmiş nəfərin iştirak etdiyi yarışda ölkəmizi 11-12 yaş qrupunda Hüseyn Abbasov, Maqsud Mahsudov, 15-16 yaşlı qadın iştirakçılar arasında isə Selcan Mahsudova təmsil edib.

Gimnastlarımızdan uğurlu çıxışı ilə yadda qalan H.Abbasov 48,400 xal toplayaraq turnirin bürünc medalına layiq görülüb. Eyni yaş kateqoriyasında mübarizə aparan digər gimnastımız M.Mahsudov yarışı dördüncü yerdə başa vurub.

S.Mahsudova isə final mərhələsində səkkizinci yerdə qərarlaşıb.


Müəllif: Teleqraf.com