13 Sentyabr 2019 00:22
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin 4 oyunluq cəzasını 3-ə endirib.

Teleqraf.com-un qurumun saytına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis, həmçinin 19 min yox, 13 min türk lirəsi cərimə ödəyəcək.

Beləliklə o, Türkiyə superliqasında “Kasımpaşa”, “Malatyaspor” və “Fənərbaxça” ilə oyunlarda texniki zonada yer ala bilməyəcək.

Qeyd edək ki, F.Terimin ölkə çempionatının 3-cü turunda “Kayserispor”la matçdan sonrakı açıqlaması idman qaydalarına zidd hesab edildiyi üçün o, əvvəlcə 4 oyunluq cəzalandırılmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər