İngiltərənin “Liverpul” futbol klubunun hücumçusu Məhəmməd Salah cari mövsümdə ilk mükafatını qazanıb.
Teleqraf.com xəbər verir ki, 27 yaşlı misirli hücumçu səsverməyə görə, komandasının avqust ayı üçün ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, Salah ötən ay “Liverpul”un heyətində keçirdiyi 6 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.