Türkiyənin “Qalatasaray” klubu ciddi itki ilə üzləşib.
Teleqraf.com klubun saytına istinadən xəbər verir ki, İstanbul komandasının yarımmüdafiəçisi Yunes Belhanda əməliyyat olunub.
Türkiyə Superliqasının 4-cü turunda “Kasımpaşa” ilə görüşdə rəqib futbolçusu ilə toqquşan mərakeşli futbolçunun çənəsi qırılıb.
Bu gün əməliyyar olunan futbolçunun 3 həftə meydana çıxa bilməyəcəyi məlum olub.